Qəbələnin Samtredia ilə cavab matçının məkanı və başlama saatı dəqiqləşdi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstan "Samtredia"sı arasında keçiriləcək cavab matçının da məkanı və başlama saatı dəqiqləşib. Sözügedən klublar iyulun 7-də Zestafonidəki David Abaşidze adına stadionda üz-üzə gələcəklər. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qəbələ" ilə "Samtredia" arasındakı ilk oyun iyunun 30-da "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər 832 dəfə oxundu.