Zirə albaniyalı futbolçu ilə müqavilə imzaladı
Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” artıq məşqlərə start verib. Komanda toplanışa Zirə İdman Kompleksində başlayıb.

“Qartallar”ın heyətində daha bir yenilik var. “Zirə” albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb. Ölkəsinin “Şkenderbeu” klubundan gələn 29 yaşlı futbolçu ilə iki illik anlaşmaya imza atılıb.

Gerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.

Xəbər 662 dəfə oxundu.