Qarabağın rəqibi aparıcı oyunçusunu itirdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Lüksemburq "Düdelanj"ı Ağdam klubu ilə oyunlarda aparıcı futbolçularından birinin xidmətindən yararlana bilməyəcək. Bu, Lüksemburq çempionunun yarımmüdafiəçisi Joel Pedrodur.

Zədəli olan futbolçu MRT müayinəsindən keçib və məlum olub ki, sıraya dönməsi üçün ən azı bir ay vaxt lazımdır. Həkimlərin rəyinə görə, o, iyulun sonlarında məşqlərə başlaya biləcək. Bu isə onun "Qarabağ"la oyunlarda iştirak etməyəcəyindən xəbər verir.

Qeyd edək ki, "Qarabağ"la "Düdelanj" arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü isə ayın 19-da Lüksemburqda keçiriləcək.

Xəbər 819 dəfə oxundu.