“Lombarqini” Formula-1-ə keçid barədə düşünmür | |
“Lamborqini” İtaliya idman avtomobilləri istehsalçısının prezidenti və baş direktoru vəzifəsinə təyin edilən “Ferrari” komandasının sabiq rəhbəri Stefano Domenikali bildirib ki, şirkət Formula-1-də iştirak barədə düşünmür. Yaranmış vəziyyəti şərh edən S.Domenikali deyib: Formula-1 yaxın gələcəkdə “Lamborqini” üçün prioritet deyil. Yaxın perspektivdə prioritetimiz investisiya tələb edən “Lamborqini” krossoverinin hazırlanması və istehsalına başlamaq, habelə imicimizin möhkəmləndirilməsidir. AZƏRTAC |
|
Xəbər 771 dəfə oxundu. |
|
|