Niko Rosberq: “Mersedes” Bakıda qazandığı üstünlüyün səbəblərini başa düşməlidir
“Mersedes” komandasının pilotu Niko Rosberqin fikrincə, bu komanda Avropa Qran-prisi yürüşlərində öz rəqibləri ilə müqayisədə sürət baxımından ağlasığmaz üstünlük əldə etməsinin səbəblərini araşdırmalıdır.

Rosberq deyib: “Təəssüf ki, mən bunun səbəblərini bilmirəm. Lakin biz bu səbəbləri anlamağa çalışmalıyıq. Ona görə ki, bizim maşın bu uik-enddə ağlasığmaz sürət nümayiş etdirdi. Yürüşün birinci hissəsi daha yaxşı oldu, çünki, təhlükəsizlik avtomobili qarşıya çıxacağı halda onunla məsafə saxlamalı olduğumu bilirdim. Hər şey əla oldu. Trasda özümü çox yaxşı hiss edirdim”.

Xəbər 779 dəfə oxundu.