Yığmamız Rusiya klubuna qalib gəldi
İyunun 10-dan etibarən təlim-məşq toplanışını Rusiyanın Rostov şəhərində davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Millimiz bu dəfə “Rostselmaş” klubunun U-19 komandası ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını Kamran Quliyev, Xəqani Sadıxov, Murad Bağırov və Ərşad Xankişiyev vurub.

Xəbər 641 dəfə oxundu.