Gimnastlarımız DÇ-də iştirak edib
13-19 iyun tarixlərində Cənubi Koreyanın İnçeon şəhərində aerobika gimnastikası üzrə Dünya Çempionatı keçirilib.

Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışlara qatılıblar.

Dünya Çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, Dünya Yaş Qrupları Yarışlarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticəni göstərib.

Xəbər 645 dəfə oxundu.