Bakı yürüşü Monako və Montsa yürüşləri kimi uzunömürlü olacaq
Azərbaycanda birinci “Formula-1” yarışının müvəffəqiyyətindən ruhlanan “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Paşayev “Kral avtoyürüşləri” ilə uzunmüddətli əməkdaşlığa ümid bəsləyir.

O deyib: “Bu müvəffəqiyyətdir. Hamıdan - pilotlardan, “Formula One Management Limited” şirkətinin komandalarından tərif eşitmək çox xoşdur. Hamı çox xoşbəxtdir. Komandamızın hər bir üzvü bununla qürur duyur. Biz bunu bacardıq. Biz göstərdik ki, Bakı möhtəşəm şəhərdə mükəmməl yürüşlər deməkdir. Builki müvəffəqiyyətimizi təkrar edə bilsək, əminəm ki, bu yürüş təqvimdəki Monako və Montsa yürüşləri kimi uzunömürlü olacaq”.

Xəbər 638 dəfə oxundu.