Gimnastlarımız İsraildə 8-ci oldu
17-19 iyun tarixlərində, İsrailin Holon şəhərində Bədii Gimnastika üzrə 32-ci Avropa Çempionatı keçirilib. Ölkəmizi Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışlarda təmsil edəcək Marina Durunda çoxnövçülük yarışlarında 7-ci yerdə qərarlaşıb, böyüklər arasında debüt edən Jalə Piriyeva isə 20-ci olub.

Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandası 5 lentlə finala vəsiqə qazanaraq, 8-ci yeri tutub.

Gənclər arasında keçirilən yarışlarda Azərbaycanı İlahə Məmmədova, Veronika Hudis və Zöhrə Ağamirova təmsil ediblər. İlahə halqa, Veronika isə iplə finallarda çıxış edərək, 8-ci yerlərdə qərarlaşıblar. Komanda hesabında da gənc gimnastlarımız 36 ölkə arasında 8-ci yeri tutublar.

Xəbər 643 dəfə oxundu.