Lideri «Qala» da dayandıra bilmədi
Kişi basketbolçular arasında ölkə çempionatının 10-cu turuna yekun vurulub. «Araz-Naxçıvan» gərgin mübarizədə «Qala»ya 94:92 hesabı ilə qalib gəlib. İdman.com.az saytının məlumatına görə, «Çağ öyrətim» BDU-nu 74:61, «NTL-Tudor» isə AzTOP-u 64:51 hesabı ilə üstələyib. 9 oyundan sonra «Araz-Naxçıvan» 18 xalla ön sıradadır. «Qala» və «Çağ öyrətim»in hərəyə 15 xalı var. «NTL-Tudor» və AzTOP 12 xala malikdirlər. BDU 9 xalla son pillədədir.
Təxirə salınmış 9-cu turun oyunları fevralın 25-də keçiriləcək.

Xəbər 1355 dəfə oxundu.