Məğlubiyyətin əvəzini çıxdılar
Dünən ilk yoldaşlıq görüşündə minimal hesabla məğlub olan Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığması bu gün təkrar qarşılaşmada Rusiya millisinə 4:2 hesabı ilə qalib gəlib. İdman.com.az saytının məlumatına görə, matçın ilk dəqiqələrdən hesabı açan yığmamız birinci hissəni öz xeyrinə başa vurub (1:0).

Fasilədən sonra hokkeyçilərimiz 2-ci qolu da rəqib qapısından keçiriblər. Qol sevincindən 1 dəqiqə keçmiş ruslar hesabı bərabərləşdiriblər. Oyunda böyük ərazi üstünlüyünə malik olan Azərbaycan hokkeyçiləri dalbadal rəqib qapısına daha 2 qol vuraraq, 4:2 hesabı ilə inamlı qələbə qazanıblar.

Rusiya və Azərbaycan milliləri arasında 3-cü oyun fevralın 20-də baş tutacaq. Çərşənbə axşamı isə rəqiblər arasında sonuncu - 4-cü yoxlama matçı keçiriləcək. Oyunlar saat 16.30-da başlayacaq.

Xəbər 1049 dəfə oxundu.