Formula-1 Avropa Qran-prisinin ikinci günündə gərgin mübarizə gözlənilir
İyunun 18-də Formula-1 Avropa Qran-prisinin ikinci günündə həm GP2, həm də Formula-1 üzrə yarışlarda pilotlar arasında gərgin mübarizə gözlənilir.

Saat 12:00-da GP2 seriyası üzrə birinci yarışa start veriləcək.

Daha sonra isə Bakı trekində Formula-1 pilotları gücünü sınayacaq. Saat 14:00-da Formula-1 üzrə üçüncü test, saat 17:00-da isə təsnifat (sıralama) yürüşləri başlayacaq.

Günün sonunda – axşam saat 20:00-da isə məşhur müğənni Enrike İqlesias Formula-1 azarkeşlərinə unudulmaz anlar bəxş edəcək.

Xəbər 822 dəfə oxundu.