Zeynəb uğursuz başladı
Tiflis şəhərində Şahmat Peşəkarları Assosiasiyası və Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə qadınlar arasında sürətli şahmat üzrə ŞPA kuboku yarışları start götürüb. İdman.com.az saytının məlumatına görə, bu gün yarışda 2 tur keçirilib.

Turnir iştirakçıları arasında ən aşağı reytinqə malik Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova ilk partiyada gürcüstanlı keçmiş dünya çempionu Mayya Çiburdanidzeyə, növbəti görüşdə isə ABŞ təmsilçisi Anna Zatonskixə məğlub olub.

Startda hərəyə 2 qələbə qazanan Piya Kramlinq (İsveç), Yekaterina Laxno (Ukrayna), Anna Muzıçuk (Sloveniya) və Mayya Çiburdanidze turnir cədvəlinə başçılıq edirlər. Zeynəb Məmmədyarov xalsız 10-12-ci pillələri bölüşənlər sırasındadır.
Sabah növbəti 3 tur keçiriləcək.

Xəbər 1111 dəfə oxundu.