Özbəkistan portalları Formula-1 haqqında yazır
Özbəkistanın podrobno.uz və kun. uz portalları Bakıda keçiriləcək Formula-1 Avropa Qran-pri yarışı haqqında məqalələr yayıb.

Məqalələrdə Formula-1 yarışının tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Bakıda keçiriləcək yarışda maşınlar saatda 340 kilometr olmaqla altı kilometrdən çox məsafəni 51 dəfə qət etməli, 20 döngədən keçməlidir.

Yarış şəhərin mərkəzində keçiriləcək və bu da bu mühüm idman bayramına xüsusi gözəllik verəcək.

Vurğulanır ki, Bakı şəhəri bu yarışın məhz şəhərin mərkəzində keçirildiyi üçüncü məkandır.

AZƏRTAC

Xəbər 848 dəfə oxundu.