Berni Ekklstoun Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnundur
Formula-1 yarışı Bakıda yüksək səviyyədə təşkil olunub.

Bu sözləri “Formula One Management”in prezidenti Berni Ekklstoun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Berni Ekklstoun Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. Vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcək. O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını qeyd edib.

Xatırladaq ki, sabah Bakıda Formula-1 üzrə dünya çempionatının Avropa Qran-pri yarışlarına start veriləcək. Yarışlarda hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparacaq. Bakı şəhər halqasında dünyanın məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.

Xəbər 672 dəfə oxundu.