Derek Deli: Avropa Qran-prisinin üçüncü stüardıdır
Beynəlxalq Avtomobil Federasiyası (FİA) keçmiş Formula-1 yürüşçüsü, keçən əsrin səksəninci illərinin əvvəlində “Hesketh”, “Tyrrell”, “March” və “Williams” komandalarında çıxış etmiş Derek Delini Avropa Qran-prisinin üçüncü stüardı roluna dəvət edib.

Derek Deli ilə birlikdə mübahisəli vəziyyətləri DMSB Almaniya avtoklubunun rəhbərlərindən biri olan Gerd Ennser və Venesuela Federasiyasının İdman Komissiyasının prezidenti Vinçentso Spano araşdıracaq.

Bu mövsümdə dəvət edilmiş stüardlar bunlar idi: Martin Donneli (Avstraliya və İspaniyada), Alan Cons (Çində), Emanuele Pirro (Rusiyada və Monakoda), Derek Uorik (Bəhreyndə və Kanadada).


Xəbər 734 dəfə oxundu.