Felipe Massa: başqa şəhər trasları ilə müqayisədə Bakıda ötmələrin sayı daha çox ola bilər
“Uilyams” komandasının pilotu Felipe Massanın fikrincə, “Formula-1” Avropa qran-prisinin keçiriləcəyi Bakı şəhər trası başqa şəhər traslarından fərqli olacaq.

Felipe Massa deyib: “Azərbaycana ilk dəfə gedəcəyəm. Bu ölkədən nə gözlədiyimi bilmirəm. Güman edirəm ki, yaxşı bir ölkə, mehriban insanlar və şəhərin mərkəzində yürüş trası ilə tanış olacağam. Bu trasın Monako trasına oxşar, yoxsa Monako ilə Sinqapur arasında orta bir tras olacağını hələ bilmirəm. Sağlıq olsun, görərik. Eşitdiyimə görə, bu trasın düz hissələri daha uzundur, başqa şəhər trasları ilə müqayisədə orada ötmələrin sayı daha çox ola bilər. Oradan yaxşı nəticə ilə qayıtmağa ümid edirəm”.

Xəbər 947 dəfə oxundu.