Bəhruz Rzayevin növbəti rəqibi məlum olub
Çexiyanın Teplitsa şəhərində şahmat üzrə beynəlxalq open-turnir davam edir.

Teplitsadakı turnirin iki turundan sonra hərəyə 2 xal toplayan 36 iştirakçı irəlidədir. Azərbaycan nümayəndəsi, beynəlxalq dərəcəli usta Bəhruz Rzayevin aktivində bir xal var. Üçüncü tur üçün püşkatma nəticəsində məlum olub ki, Azərbaycan şahmatçısının növbəti rəqibi turnirin ev sahibi Martin Buloçkin olacaq. Bəhruz Rzayev bu dəfə ağ fiqurlarla oynayacaq.

İlk iki turda həmyerlimiz çexiyalı Yan Nosekə qalib gəlib, alman Bruno Kreysinq ilə görüşdə isə uduzub.

Yarışda 31 ölkədən 188 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirin qalibi iyunun 19-da məlum olacaq.

Xəbər 764 dəfə oxundu.