Türkiyəli azarkeş: “Formula-1” Avropa Qran-prisi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq
Əminliklə deyə bilərəm ki, Bakıda “Formula-1” Avropa Qran-pri yarışı yüksək səviyyədə keçiriləcək və Azərbaycanın dünyadakı nüfuzu daha da artacaq.

Bu sözləri müsahibəsində türkiyəli azarkeş Ahu Özdəmir deyib. O, “Formula-1”in Azərbaycanda keçirilməsinin çox önəmli hadisə olduğunu vurğulayıb və qeyd edib ki, bu yarış beynəlxalq idman ictimaiyyəti tərəfindən xüsusi maraqla izlənilir. Azərbaycan bu yarışı keçirməklə dünyada özünü daha yaxından tanıtdırmaq, həm də təşkilatçılıq bacaqlarını bir daha göstərmək üçün yaxşı imkan əldə edib.

AZƏRTAC

Xəbər 760 dəfə oxundu.