«Bakı Alovları» Meksika klubunu da üstələdi
Bu gün səhər Mexikonun «Foro Polanso» sarayında «Mexico City Guerreros» ilə «Baku Fires» komandası arasında görüş keçirilib. İdman.com.az saytının məlumatına görə, Ümumdünya Boks Seriyası (WSB) üzrə təşkil edilmiş matçda həmyerlilərimiz inamlı qələbə qazanıblar (3:2).

Rinqə ilk olaraq meksikalı Aaron Alameda Lopes və «Bakı Alovları»nın yeni boksçusu Məhəmməd Qurbanov (54 kq) çıxıblar. Rusiyalının debütü uğurlu alınıb. O, yerli idmançını 49:46, 49:46, 47:48 hesabı ilə üstələyib.
61 kq-da çıxış edən boksçumuz Mədadi Naqzibəyov qələbə qazanacağı təqdirdə, fərdi finalda çıxış etmək hüququ əldə edəcəkdi. Amma təəssüf ki, o, Xurşid Tocibayevə məğlub olub. Hər üç hakim 50:45 hesablı qələbəni 22 yaşlı özbək boksçuya verib.

Heybulla Mürsəlov (73 kq) üçün də Meksikadakı döyüşün xüsusi əhəmiyyəti var idi. Bolqar Mladen Manevlə qarşılaşmada əldə olunan uğur onu finala çıxardı. Avropa çempionatının mükafatçısı təmsilçimizə güclü müqavimət göstərsə də, sonda məğlub olub - 45:49, 47:47, 46:48. Heybulla finala çıxıb. O, burada İtaliyanın «Dolce & Gabbana Milano Thunder» komandasından ukraynalı Serqey Derevyançenko ilə qarşılaşacaq.

Məhəmməd Qurbanovdan fərqli olaraq, Rəcəb Əliyev (85 kq) uğursuz debüt etdi. Xorvat Boyan Miskoviç Azərbaycan komandasının 19 yaşlı yeni boksçusundan güclü olub - 50:45, 49:46, 49:46.
Superağır çəkili Fərid Şabanov əla start götürüb. Onun rəqibi Omar Qarsiya boksçumuza 2 raund tab gətirib.

Beləliklə, «Baku Fires» üçün müntəzəm mövsüm başa çatdı. Yüzfaizlik göstərici ilə «B» qrupunun qalibi olan komandamız martın 2-də Hindistanda “A” qrupunda 4-cü yeri tutan yerli «Venky’s Mumbai Fighters» komandasına qarşı ilk 1/4 final matçına çıxacaq. Cavab görüşü martın 10-da Bakıda keçiriləcək. Bu cütün qalibi yarımfinalda «Dolce & Gabbana Milano Thunder» - «Paris United» cütnün qalibi ilə qarşılaşacaq.

Fərdi finallarla bağlı qeyd edək ki, bura «Baku Fires» komandasından Heybulla Mürsəlovla yanaşı, rəqibi «Mexico City Guerreros»dan Elias Emiqdio olacaq Qairbəy Germaxanov (54 kq), həmçinin 85 kq-da finalda bir-biri ilə qarşılaşacaq Əzəmət Murtuzaliyev və Ramazan Məhəmmədov vəsiqə qazanıblar.

Turnir cədvəli:

1.«Baku Fires» – 30 xal, döyüşlərin fərqi – 40-10 (10 matç)
2.«Mexico City Guerreros» – 20, 31-18 (10)
3.«Paris United» – 15, 21-23 (9)
4.«Leipzig Leopards» – 13, 23-27 (10)
5.«Istanbul Bosphorus» – 11, 18-27 (9)
6.«Beijing Dragons» – 3, 6-34 (8)

Xəbər 1172 dəfə oxundu.