Sumqayıtda “Milli Qurtuluş günü”nə həsr olunmuş futbol üzrə şəhər birinciliyinə yekun vuruldu
“15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş futbol üzrə 12-13 yaşlılar arasında şəhər birinciliyi keçirilib. Yarışa şəhərin 8 komandasının 130-a yaxın yeniyetməsi qatılıb.

Beş gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirmələri birinci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialının I komandası ikinci, Sumqayıt futbol klubunun II komandasının idmançıları isə üçüncü yeri tutublar.
Yarışın qalib və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinın fəxri fərman və hədiyyələri ilə təltif olunublar.

Xəbər 793 dəfə oxundu.