Ölkənin ən yaxşı şahmatçıları müəyyən olunub
Respublika Şahmat Mərkəzinin binasında oğlanlar və qızlar arasında Azərbaycan birincilikləri başa çatıb. 8, 10 və 12 yaşa qədər uşaqlar arasında qaliblər müəyyən olunub.

Yarışların yekunlarına əsasən qızlar arasında Leyla Budaqova (8 yaşa qədər), Nərmin Nəsibova (10 yaşa qədər) və Ayan Allahverdiyeva (12 yaşa qədər) Azərbaycan çempionları olublar.

Oğlanlar arasında birincilikdə Fərid Orucov (8 yaşa qədər), Süleyman Süleymanlı (10 yaşa qədər) və Əhməd Əhmədzadə (12 yaşa qədər) fərqlənib.

20 yaşa qədər oğlanlar və qızlar arasında Azərbaycan çempionatları da başa çatıb. Burada fəxri kürsünün ən yüksək pilləsinə Aqil Pirverdiyev və Nərmin Söyünlü qalxıb.

Xəbər 763 dəfə oxundu.