Stolüstü tennis üzrə respublika birinciliyi başa çatıb
Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil edilmiş yeniyetmələr arasında stolüstü tennis üzrə respublika birinciliyi başa çatıb.

12 və daha kiçik yaşlı yüzə yaxın yeniyetmənin iştirak etdiyi turnirdə Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax və Samux nümayəndələri yarışıblar.

Şəki nümayəndəsi Ləman Əbdülhəmidova qızlar arasında, Bakı Tennis Akademiyasının yetirməsi Emin Məmmədov isə oğlanlar arasında birinci yeri tutub.

Yeniyetmələr arasında idmanın bu növünün və sağlam həyat tərzinin daha geniş yayılmasına xidmət edən turnirin qaliblərinə diplomlar, habelə Nazirliyin və Federasiyanın qiymətli mükafatları təqdim olunub.

Xəbər 2059 dəfə oxundu.