"Standard Insurance" "Formula-1" Avropa Qran-prisi ilə əlaqədar motosikletlərdən istifadə edəcək
"Standard Insurance" sığorta sirkətinin rəhbərliyi "Formula-1" Avropa Qran-prisi ilə əlaqədar ikitəkərli nəqliyyat vasitələrindən (motosikletlər) istifadəyə dair qərar qəbul edib.

Qərar şəhər daxilində hadisələrə çevik reaksiya vermə, həmçinin tədbir keçirilən dövrdə şəhərdə tıxac zamanı hadisə yerinə qəza komissarlarının gecikməsi halları ilə müştərilərin qarşılaşmaması məqsədilə qəbul edilib.

Xəbər 644 dəfə oxundu.