Azərbaycan və Belarus yığma komandaları arasında yoxlama oyunu keçiriləcək
Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşmanı Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Yoxlama oyunu
10 iyun

19:00. Azərbaycan - Belarus

Xəbər 714 dəfə oxundu.