Zirə yay hazırlıq planını açıqladı
“Zirə”nin yeni mövsümə hazırlıq planı məlum olub. “Qartallar” iyunun 20-də bir araya gələcək.

Əvvəlcə komanda üzvləri 2 gün müddətində tibbi müayinədən keçəcəklər. Məşqlərə isə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. “Qartallar” iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə “Zirə” iki yoxlama oyununda da qüvvəsini sınayacaq.

İyulun 16-da “Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.

Xəbər 646 dəfə oxundu.