Rüşvət çinli hakimə qənim kəsildi
Çin məhkəməsi 4 futbol hakiminə hökm oxuyub. İdman.com.az saytının məlumatına görə, cəzalandırılanlar arasında 2002-ci il dünya çempionatının oyunlarını idarə etmiş Lu Tszyun da var.
Referilər rüşvət aldıqları üçün həbs olunublar. Tszyun 5,5 il, qalanları isə hərəyə 7 il həbs cəzası alıblar.

Danışılmış oyunlar, pul qoyuluşunda fırıldaqlar və hakimlərin satın alınması ilə bağlı məhkəmə istintaqında 60 futbolçu, məşqçi və hakim iştirak edib. Məhkəmə hökmü ilə Tsyunun 100 min yuan (15,8 min dollar) qiymətləndirilən əmlakı müsadirə olunub.

Qeyd edək ki, Lu Tszyun 2002-ci il dünya çempionatında qrup mərhələsinin Xorvatiya - Meksika (0:1) və Polşa - ABŞ (3:1) oyunlarının baş hakimi olub.

Xəbər 1115 dəfə oxundu.