Azərbaycan millisi UEFA inkişaf turnirində ilk oyununu keçirib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA inkişaf turnirində ilk oyununu keçirib.

Rumıniya komandası ilə qarşılaşan yığmamız 1:4 hesabı ilə məğlub olub. Komandamızın qolunu Manə Mollayeva vurub.

Yığmamız növbəti oyununu iyunun 10-da Sloveniya komandasına qarşı keçirəcək.

Xəbər 796 dəfə oxundu.