Azərbaycan şahmatçıları Litvada çıxış edirlər | |
Litvanın Panevejis şəhərində şahmat festivalı keçirilir. Festivalın proqramına beş turnir daxildir. Turnirdə Azərbaycan nümayəndələri qrossmeyster Azər Mirzəyev və FİDE ustası Rüstəm Bünyadov iştirak edirlər. Qrossmeysterlərin turnirində dörd turdan sonra 4 xal toplayan polşalı şahmatçı Marsel Kanarek liderdir. Rusiyalı Sergey Matsenko liderdən bir xal, Azərbaycan təmsilçisi Azər Mirzəyev 1,5 xal geri qalır. Beynəlxalq usta normasını nəzərdə tutan turnirdə 4 xalla ev sahibi Titas Stremaviçyus irəlidədir, rusiyalı Mixail Bereslavski bir xal geri qalır. Azərbaycan şahmatçısı Rüstəm Bünyadov 2 xalla beşinci yerdədir. |
|
Xəbər 640 dəfə oxundu. |
|
|