"Neftçi" Rusiyada 6 futbolçu ilə təmsil olunacaq
"Neftçi” PFK-nın daha 2 futbolçusu - Yaqub Hüseynov və Mehman Məsimov 17 yaşadək Azərbaycan milli komandasına dəvət olunub. Xatırladaq ki, iyun ayının 10-dan 25-dək Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışı keçirəcək U-17-nın heyətinə bunadək 4 futbolçumuz – Fərid Mahmudov, Mehman Süleymanov, Bəşir Aylarov və Elton Əlibəyli çağırılmışdı. Beləliklə, ümumilikdə, komandamızın 6 üzvü millinin düşərgəsinə yollanacaq

Xəbər 691 dəfə oxundu.