Azərbaycan cüdoçuları beynəlxalq turnirin qalibi olub
1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib.

10 ölkədən 357 idmançının iştirak etdiyi turnirdə bu qurumun 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 38 cüdoçu ilə təmsil olunub.

Yarışda idman məktəbinin çüdoçuları dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq birinci yerə layiq görülüblər. Murad Abışov 46 kiloqram, Cəfər Əkbərli 90 kiloqram, Mehdi Zeynalov 55 kiloqram və Diana Şoranova 70 kiloqram çəkidə qızıl, Sabir İsmayılov 66 kiloqram çəkidə gümüş, Nigar Hacıramazanova 40 kiloqram və Paşa Əliyev 73 kiloqram çəki dərəcəsində bürünc medalla turniri başa vurublar.

Ümumi komanda hesabında birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Macarıstan cüdoçuları tutublar.

Xəbər 713 dəfə oxundu.