Klublar Komitəsi sabah növbəti iclasını keçirəcək
Sabah AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Tədbir saat 11:00-da başlayacaq. Amma toplantının harada baş tutacağı barədə məlumat verilmir.

Qeyd edək ki, görüşdə legionerlərə qoyulan limit və üzvlük haqqının müzakirəyə çıxarılması gözlənilir. Həmçinin KK geridə qalan mövsümə yekun vurmalıdır.

Xəbər 794 dəfə oxundu.