Veteran şahmatçıların ənənəvi turnirinə yekun vuruldu
İyunun 5-də veteran şahmatçılar arasında keçirilən ənənəvi Azərbaycan çempionatı başa çatıb. Bakı şahmat mərkəzində mayın 28-dən start götürmüş yarışda 34 şahmatçı gərgin mübarizə aparıb. Turnirdə ilkliyə 9 oyundan 7 xal toplayan Əsəd Babayev, ikinciyə Oruc Fərəczadə, üçüncü yerə isə Faiq Hüseynov sahib olublar. Qaliblər Azərbaycan Şahmat Federasiyasının təyin etdiyi diplom və digər hədiyyələrlə turnirə hakimlik etmiş beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən mükafatlandırılıblar.

Xəbər 650 dəfə oxundu.