Namizədlərin turnirinin vaxtı kimi təmin etmir?
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak edəcəyi və Londonda keçiriləcək namizədlərin turnirinin vaxtı iştirakçılardan birini təmin etmir. İdman.com.az saytı xəbər verir ki, FİDE reytinqinin lideri Maqnus Karlsen, öz müsahibəsində iddiasının səbəblərini açıqlayıb.

Hazırda Amber yarışının dayandırılması və Linareslə bağlı qeyri-müəyyənlik olduğu dövrdə yeganə real turnir təşkilatçıların iyuna keçirdikləri Mixail Tal memorialıdır. Sentyabr-oktyabr aylarında «Böyük dəbilqə» finalları keçirilir.

Bundan namizədləri turnirinə qədər isə cəmi 10 gün vaxt qalır. Karlsen FİDE-nin yarışın vaxtına yeridən baxacağına ümid edir, eyni zamanda yarış iştirakçılarının, o cümlədən Teymur Rəcəbovun da bu məsələylə bağlı fikrini də öyrənmək istəyir.

Xəbər 1147 dəfə oxundu.