«Novruz-2012» şahmat turniri keçiriləcək
Mart ayının 15-də Respublika şahmat məktəbində «Novruz-2012» beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yeniyetmə və uşaq şahmatçılar arasında təşkil olunacaq yarış martın 21-dək davam edəcək. Yarışın «A» qrupunda 1998-ci il martın 15-dən sonra anadan olmuş yeniyetmələr, «B» qrupunda isə 2003-cü il yanvarın 1-dən sonra anadan olmuş uşaqlar iştirak edəcəklər. Turnirin qalibi mükafat fondundan 500 manat alacaq.

Xəbər 1052 dəfə oxundu.