Çarli Uaytinq: Bakı trası unikaldır | |
Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinq Bakı trası barədə fikirlərini bölüşüb. Qeyd edək ki, Ç.Uaytinq “Formula-1” Avropa Qran-pri yarışlarının küçə avtodromunun final yoxlanışı üçün Bakıya səfər edib. BAF rəsmisi bildirib ki, Bakı daha çox Sinqapura oxşayır. Eyni zamanda, Monako Qran-prisinə də oxşarlıq var. Lakin Monte-Karlo trası daha ləng və qısadır. Bakı marşrutu çox sürətli, maraqlı bölmələrdən və bir ləng hissədən ibarətdir. Çarli Uaytinq əlavə edib: “Komandaların öz avtomobillərini bu trasa necə uyğunlaşdıracağı mənim üçün çox maraqlıdır. Əgər Sinqapurda cəmi bir düz hissə varsa, Bakıda başqa cürdür. Bu unikal trasdır”. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|