Məktəblərdə Bakı Şahmat Olimpiadası haqqında silsilə tədbirlər keçirilir
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə şagirdlər üçün silsilə tədbirlər həyata keçirir.

Layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilir. Şagirdlər Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumatlandırılıb. Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır.

Naxçıvan, Şəmkir, Gəncədən sonra hazırda layihə Bakı məktəblərini əhatə edir.

Layihənin əsas məqsədi Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdir.

Xəbər 758 dəfə oxundu.