Evə suallarla dolu qələbəsiz qayıdış
Azərbaycanın milli futbol komandası mayın 23-dən iyunun 4-nədək Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində 3 oyun keçirib evə qayıtdı.

Növbəti rəsmi turnir ərəfəsində bu, komandamızın sonuncu böyük hazırlıq şansı idi. Üstəlik, də mövsümün sonu və ilk oyunu, ölkə kubokunun finalına görə, liderləri olmadan keçirən milli komanda Andorra sınağında futbolumuzun potensialının əsl qiymətini verdi. Futbolçuların bu qədər təcrübəsiz olmasının səbəbi məlumdur. Fəqət sirləri az-çox hər kəsə bəlli olan oyunda futbolçunun hazırlığının bu qədər aşağı olmasının psixoloji səbəblərindən savayı, oyun parametrlərinə görə uyğunsuzluğu da aşkardır. İstər taktiki, istər funksional, istər fiziki natamamlıq yekunda strateji vəzifələrin məhdudlaşmasına təsir edir. Bu mənada Prosineçkinin dilə gətirə bilmədiklərini sadalamaq olar. Azərbaycan klubları öz qınından çıxaraq, əsl müasir futbol oyun sisteminə uyğunlaşmaq istəmirlər. Çünki hələ də heç bir klubumuzda əsl futbol strategiyası və işə münasibət formalaşmayıb.

Əlbəttə, bəzi məqamlarda baş məşqçinin heç də ona xas olmayan tərzə əl atması tendensiyaya çevrilməsə yaxşıdır. Çünki o, ötən seçmə mərhələnin sonundan, Foqts kimi, sanki kursu 180 dərəcə dəyişib. Hər halda, bunu sınaqlarla əlaqələndirib, növbəti seçmə mərhələnin başlanğıcını gözləyək. Bu hazırlıq da beləcə, suallarla və bir az da əvvəlki illərin təcrübəsindən öyrəncəli olduğumuz bir məsələyə - komandanın məşqçi korpusuna verilən limitsiz etimada görə bir az ümidlərimizə şübhə toxumu səpib geri qaytdı.

BATI YAR





Azərbaycan - Andorra 0:0
26 may. Bad Erlax, Avstriya. "Viner Nöyştadt" stadionu.
Hakimlər: Harald Lexner - Andreas Haydenrayx, Maksimilian Kolbitş - Markus Hameter (Avstriya).

Sarı vərəqə: A.Nağıyev, 20, D.Nəzərov, 60, E.Məmmədov, 76// E.Qarsia, 22, A.Martines, 58, S.Moreno, 78.

Azərbaycan: Anar Nəzirov, Tərlan Quliyev (Vüqar Mustafayev, 46), Adil Nağıyev, Ruslan Abışov (kap.), Məhəmməd Mirzəbəyov (Pavel Paşayev, 60), Üfüq Budaq, Budaq Nəsirov, Elvin Məmmədov, Murad Səttarlı (Amil Yunanov, 46), Dmitri Nəzərov (Rəşad Eyubov, 63), Ağabala Ramazanov. Baş məşqçi: Robert Prosineçki.

Andorra: Xosep Qomes, Kristian Martines (Aleşandre Martines, 52), Mark Vales, Maks Lyovera, Emili Qarsia (İldefonso Lima, 52), Marsio Vyeyra (kap.), Aaron Sançes (Andreu Matos, 65), Xordi Alaes (Serxio Moreno, 72), Viktor Rodriges (Lüdovik Klemente, 82), Mark Qarsia, Xordi Rubio (Moyzes San Nikolas, 89). Baş məşqçi: Xesus Luis Alvares de Eylat.

Azərbaycan - Makedoniya 1:3 (0:2)
29 may. Bad Erlax, Avstriya. "Viner Nöyştadt" stadionu.
Hakimlər: Markus Hameter - Rolan Braunşmidt, Maksimilian Kolbitş - Manuel Şüttenqruber (Avstriya).

Qol: Ə.İsmayılov, 73-pen.// M.Radeski, 20, Q.Pandev, 33, İ.Nestorovski, 90+2.
Sarı vərəqə: Q.E.Qarayev, 30, D.Nəzərov, 40//B.Nikolov, 72, V.Şikov, 90.
Azərbaycan: Səlahət Ağayev, Qara E.Qarayev, Rəşad F.Sadıqov (kap.), Maksim Medvedev, Bədəvi Hüseynov, Məhəmməd Mirzəbəyov, Rəhman Hacıyev (Coşqun Diniyev, 46), Araz Abdullayev (Ağabala Ramazanov, 46), Əfran İsmayılov, Dmitri Nəzərov, Ruslan Qurbanov. Baş məşqçi: Robert Prosineçki.

Makedoniya: Stole Dimitrievski, Leonard Juta, Kire Ristevski, Vançe Şikov, Stefan Ristovski, Boyan Naydenov (Benyamin Dəmir, 83), Enis Bardhi (Boban Nikolov, 30), İvan Triçkovski (Nikola Qyorqyev, 60), Aleksandar Traykovski (David Babunski, 60), Maryan Radeski (Deyan Peşevski, 46), Qoran Pandev (kap.;İliya Nestorovski, 74). Baş məşqçi: İqor Angelovski.

Azərbaycan - Kanada
1:1 (0:1)

3 iyun. Rorbax an der Lafnits, Avstriya. "Rorbax Kunstrasenplats" stadionu.
Hakimlər: Saşa Amhof - Stefan De Almeyda, Vital Yobin - Adrien Jakkotte (İsveçrə).
Qol: Nəzərov, 58-pen.//Akindele, 43.

Azərbaycan: Kamran Ağayev, Qara E.Qarayev (Rəhman Hacıyev, 90+3), Pavel Paşayev, Maksim Medvedev (kap.), Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov (Ruslan Qurbanov, 46), Namiq Ələsgərov (Araz Abdullayev, 57), Tərlan Quliyev, Eddi İsrafilov (Coşqun Diniyev, 80), Ağabala Ramazanov, Dmitri Nəzərov (Ruslan Abışov, 88). Baş məşqçi: Robert Prosineçki.

Kanada: Saymon Tomas, Deyan Yakoviç, Toseyn Rikketts (Markus Həber, 71), Doneyl Henri, Maykl Petrasso (Cünyor Hoylet, 62), Adam Streyt (Cülian de Qusman , 79), Skot Arfild, Deyvid Edqar (Səmüel Pyet, 62), Marsel de Yonq (Karl Uymet, 44), Steven Vitoria, Teşo Akindele (Simeon Cəkson, 71). Baş məşqçi: Benito Floro Sans

Xəbər 1661 dəfə oxundu.