Kimberli Qlass razı qalıb
“Rabitə” klubunun voleybolçusu Kimberli Qlass Super Liqanın X turunda “İqtisadçı” ilə matçdan sonra fikirlərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, amerikalı legioner çıxışlarından razı qalıb. O bildirib ki, bu matçda qalib gəlmələri “sarı-lacivərdlər”lə matç öncəsi yerinə düşüb:

“Oyunu qələbə ilə başa vurduq. Hazırda əsas məqsədimiz Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində “Fənərbağça” ilə matça ciddi hazırlaşmaqdır”.
Qeyd edək ki, “Rabitə” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Xəbər 1175 dəfə oxundu.