“Shamkir Chess 2016” super turnirinin bağlanış mərasimi keçirilib
Beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” super turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Vüqar Həşimovun qardaşı Sərxan Həşimov ardıcıl üçüncü il baş tutan yarışın təşkilatçılarına təşəkkür edib. O, turnirdə ədalətli oyun prinsipinə sadiq qaldığı üçün qadınlar arasında dünya çempionu Hou Yifana, Vüqar Həşimovun oyun üslübuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə “Synergy Group” ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynova minnətdarlığını bildirib.

Sonra turnirin rəhbəri Fərid Hüseynov Şəhriyar Məmmədyarova “Shamkir Chess 2016”nın kubokunu təqdim edib.

Xəbər 637 dəfə oxundu.