26 ildə 26 dəfə baş məşqçi oldu
Türkiyənin tanınmış futbol mütəxəssisi Yılmaz Vural 26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olunub. İdman.com.az saytının xəbərinə görə, 59 yaşlı çalışdırıcı ölkə çempionatının I Liqasında mübarizə aparan “Sakaryaspor”la müqavilə bağlayıb. Anlaşma müddəti mövsümün sonunadək nəzərdə tutulub. Onun fəaliyyəti rəhbərliyi qane etsə, növbəti mövsümdə də baş məşqçi postunda qalacaq. Mütəxəssisin əsas işi hazırda 18 komanda arasında 16-cı pillədə olan “Sakaryaspor”u Bank Asiya Liqasında saxlamaqdır.

Qeyd edək ki, Yılmaz Vural yalnız Türkiyənin 3 nəhəng klubu “Qalatasaray”, Fənərbağça” və “Beşikdaş”da baş məşqçi ola bilməyib. O, karyerasında ilk dəfə “Sakaryaspor”da çalışacaq. Əvvəllər o, 3 dəfə “Bursaspor”, 2 dəfə “Antalyaspor”, 2 dəfə “Adanaspor”, 2 dəfə “Konyaspor” və hərəyə 1 dəfə “Malatyaspor”, “Samsunspor”, “Qarşıyaxa”, “Qaziantəpspor”, “Əskişəhirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Çanaqqala Dardanelspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Çaykur Rizəspor”, “Ankaragücü”, “Manisaspor”, “Qocaelispor” və “Qasımpaşa” komandalarına rəhbərlik edib.

Xəbər 945 dəfə oxundu.