Avropa kuboku yarışlarında 14 cüdoçumuz tatami üzərinə çıxacaq
İyunun 4-5-də İspaniyanın paytaxtı Madriddə cüdo üzrə Avropa kuboku yarışları təşkil olunacaq.

Turnirdə ölkəmizi Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hamısı 60 kq), Elvin Mustafayev, Orxan Əsgərzadə (hər ikisi 66 kq), Telman Vəliyev, Samir Ağayev, Hidayət Heydərov (hamısı 73 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev (90 kq), Cəlil Şükürov (100 kq) və Nadir Hüseynov (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Xəbər 290 dəfə oxundu.