Felipe Massa: “Əgər növbəti mövsümdə yaxşı komandanın heyətində çıxış edə bilməsəm, çox şeyi götür-qoy edəcəyəm”
“Uilyams”ın pilotu Felipe Massa bildirib ki, əgər növbəti mövsüm üçün top-komandaların biri onunla kontrakt imzalamasa, “Formula-1” yarışlarında karyerasını başa çatdırmaq barədə fikirləşəcəkdir.

Felipe Massa öz işindən həzz aldığını və hələ trasda qalmağa ümid etdiyini söyləyib.

“İşlərin necə gedəcəyini anlamaq üçün xeyli vaxt lazımdır, lakin mən hökmən yaxşı komandaya düşmək ümidindəyəm”, - deyən Massa fikrini belə tamamlayıb: “Əgər belə imkanım olmasa, çox şeyi götür-qoy etməli olacam, lakin ümidvaram ki, çıxışımı davam etdirə biləcəyəm. Əlbəttə, biz danışıqlar aparırıq, mən vaxtımı itirmirəm”.

Xəbər 772 dəfə oxundu.