Andrey Şevçenko: "Milan"ın əsas rəqibləri "Real" və "Barselona"dır
Kiyev "Dinamo"sunun canlı əfsanəsi Andrey Şevçenko sabiq komandası "Milan" haqda xoş sözlər deyib. İdman.com.az saytının məlumatına görə, ukraynalı futbolçu Çempionlar Liqasında "Arsenal" klubunu 4:0 məğlub edən "qara-qırmızılar"ın nümayiş etdirdiyi oyundan çox təsirləndiyini bildirib: "Milan"ın göstərdiyi oyun çox xoşuma gəldi. Sanki, bütün komanda qələbəyə ac idi. Düşünürəm ki, bu gedişlə "Milan" Çempionlar Liqasını qazana bilər. Əsas rəqiblər kimi isə "Real" (Madrid) və "Barselona"nı görürəm".
Qeyd edək ki, 1999-2006-cı illərdə "Milan"ın şərəfini qoruyan Şevçenko bu komandanın heyətində 2003-cu ildə Çempionlar Liqasının qalibi olub.

Xəbər 1056 dəfə oxundu.