Ukraynalı mütəxəssis: Komandamızın oyunu alınmadı
“Komandamız demək olar təcrübəsizdir. Əsasən gənclərə bel bağlayırıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Lokomotiv Biləcəri”nin baş məşqçisi İqor Fliştinski deyib. Ukraynalı mütəxəssis Super Liqanın X turunda “Lokomotiv”lə oyuna münasibət bildirib:

“Komandamızın oyunu alınmadı. Top qəbulunda, hücumda istənilən oyunu göstərə bilmirik və nəticə də məğlubiyyətlə barışırıq. Əsas məqsədimiz çempionatın ortabab komandalarından olmaqdır”.
Qeyd edək ki, “Lokomotiv Biləcəri” çempionatda keçirdiyi 9-cu matçında da 0:3 hesabı ilə uduzub.

Xəbər 985 dəfə oxundu.