“World Masters” turnirində uğurla çıxış etmiş cüdoçularımız Vətənə dönüblər
Meksikanın Qvadalaxara şəhərində Olimpiya Oyunlarına son lisenziya xarakterli “World Masters” turnirində uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

Mötəbər turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, “World Masters” turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.

Xəbər 722 dəfə oxundu.