Luis Hemilton: Bu yürüş şahmata oxşayırdı
“Formula-1” yarışlarında 44-cü nömrə altında çıxış edən Luis Hemilton Monako yürüşündə özünün 44-cü qələbəsini qazanıb.

Luis Hemilton bu qələbəsini belə şərh edib: “Allaha şükür edirəm ki, hər şey gözlədiyim kimi oldu. Deməyə söz tapmıram. Mən dua etmişdim ki, bu gün uğurlu olsun, belə də oldu. Bu, mənim xatırlaya biləcəyim ən mürəkkəb və eyni zamanda ən maraqlı yürüşlərdən biri oldu. Bu yürüş şahmata oxşayırdı”.

Yürüşçü daha sonra deyib: “Marşrutun yağışlı hava şəraiti üçün nəzərdə tutulan şinlərlə qət edilən hissəsi ağlasığmaz dərəcədə uzun görünürdü. Belə şinlərlə necə işləmək, çarxların yerində fırlanmasına nə dərəcədə imkan vermək lazım olduğunu dəqiq başa düşməlisən. Axı bunun nə qədər kifayət edəcəyini dəqiq bilmək mümkün deyil. Məncə şinlər yalnız ən sonuncu dövrədə, pit-stop ərəfəsində sürəti azaltmağa başladı. Daniel Rikardonu təbrik edirəm! O, xüsusən seçmə mərhələdə əla pilotluq nümayiş etdirdi. Rikardo indiyə qədər mənim rəqiblərim olmuş ən yaxşı yürüşçülərdən biridir. Mən həqiqətən çox həyəcan keçirirdim. Şübhə etmirəm ki, indi onun əhvalı pozulub, axı başlanğıcda irəli çıxmaq, sonra isə qələbəni əldən vermək həmişə insana ağır gəlir. Ümid edirəm ki, biz hələ onunla çox yarışacağıq və o, budəfəki yürüşü necə keçirməsi ilə fəxr etməlidir”.

Xəbər 429 dəfə oxundu.