MY futbol məktəbində Skills challenge
Bakıdakı MY futbol məktəbində "Skills challenge" təşkil olunub. Əyləncə xarakterli daxili yarış 4 kateqoriyadan ibarət olub: uzun ötürmə, qısa ötürmə, driblinq və topla davranış.

Məktəbin 45 futbolçusu yarışda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hər kateqoriyada yüksək nəticə göstərərək ən yüksək balı toplayan 3 nəfər “Skills challenge”in qalibi olub:

1-ci yer: Əli Abbasov
2-ci yer: Mircamal Əlizadə
3-cü yer: Bəxtiyar Quliyev

1-ci yeri tutmuş Əli Abbasova “Mançester Yunayted” komandasının oyunçusu Ueyn Runinin imzalı forması, 2-ci və 3-cü yeri tutan futbolçulara isə Bakcell şirkətinin hədiyyələri təqdim olunub.

Xəbər 784 dəfə oxundu.