Bulvarda velosiped yarışı keçirilib
Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitәsi, Azərbaycan Velosiped İdmanı Fedarasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “Dənizkənarı Bulvar İdarəsi” və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə 28 may Resрublika gününə və Rio- 2016, XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə bulvarda həvəskarların veloturniri keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov Olimpiyaçılarmıza Rio Olimpiadasında uğurlar arzulayıb. Aydın müəllim bu veloturun təşkilində zəhməti keçən hər bir kəsə öz təşəkkürünü bildirib.

Sonra yarışa start verilib. Xanımlar arasında 1-ci yerin qalibi Könül Rüstəmli, 2-ci yeri Fəridə Məmmədova, 3-cü yeri Səidə Mirməmmədli tutublar. Əzimkar velosipedçi nominasiyasında aktirisa-model Leyla Babayeva və “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova fərqləniblər.

Kişilər arasında isə Qəzənfər Mirzəliyev qalib gəıib. 2-ci yeri Xəyyam Səfyarov, 3-cü yeri isə Rayıbxab Şükürov tutublar. Əzimkar velosipedçi müküfatıları Əməkdar artist Səlim Abbasova və aktyor, teleaparıci İslam Mehrəliyevə təqdim edilib.

Qaliblər və mükafatçılara diplom və qiymətli hədiyyələr təqdim olunub.

Yarış sona catdıqdan sonra tədbir estrada ulduzlarının çıxışları, sponsorların təqdimatları ilə

davam edib.

Bəhruz Səmədov

Xəbər 747 dəfə oxundu.