Azərbaycanın U-19 komandası makedoniyalı həmyaşıdlarına məğlub olub
Makedoniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 1-də yoldaşlıq oyunu keçirib.

Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

İyunun 3-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Xəbər 636 dəfə oxundu.